Bölgə komandası son dəqiqə qolu ilə qış çempionluğunu təmin etdi

Bölgə komandası son dəqiqə qolu ilə qış çempionluğunu təmin etdi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 9-cu tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk gündə iki matç keçirilib.

Lider "Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazanıb. Qusarlılar turun digər görüşlərinin nəticələrindən asılı olmayaraq, qış çempionluğunu təmin ediblər.

Premyer Liqaya iddialı "Karvan-Yevlax" isə "Mingəçevir"i əliboş yola salıb.

Tura sabah yekun vurulacaq.


Azərbaycan 1-ci Liqası. 9-cu tur


26 noyabr (cümə axşamı)

“Baku Sportinq” – “Şahdağ Qusar” 0:1

Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Samir Qaracayev, Rövşən Rəcəbov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Baku Sportinq Arena”, 14:30


“Karvan-Yevlax” – “Mingəçevir” 2:1

Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, İslam Məmmədov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Yevlax şəhər stadionu, 14:30


“Gəncəbasar” – MOİK

Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Anar Bədəlov, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Mahal Məmmədov

Gəncə şəhər stadionu, 19:00


27 noyabr (cümə)

“Zaqatala” – “Xankəndi”

Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov, Ruslan Quliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Zaqatala OİK stadionu, 14:30


“Səbail”– “Şimal”

Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Ceyhun Hüseynov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Törə Əhmədova

“Bank Respublika Arena”, 16:00