Fransa millisinin heyətində Bakıya gələcək futbolçular açıqlandı

Fransa millisinin heyətində Bakıya gələcək futbolçular açıqlandı

Noyabrın 16-da Bakıda DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Fransa yığmasının heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Didye Deşam noyabrın 13-də evdə Ukrayna, 16-də isə Bakıda baş tutacaq görüşə 24 futbolçu dəvət edib.

Qapıçılar: Luka Şevalye , Mayk Menyan, Bryis Samba;

Müdafiəçilər: Conatan Kloss, Luka Din, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamin Pavar, Uilyam Saliba, Dayo Upamekano;

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Gündüzi, Manu Kone, Adrien Rabyo, Orelian Çuameni, Uorren Zair-Emri;

Hücumçular: Bredli Barkola, Usman Dembele, Desire Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Türam.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Fransa oyunu saat 21:00-da başlanacaq.