Lənkəran komandası Azərbaycan çempionatında iştirak etməyəcək
Lənkəran 2026/2027-ci illər mövsümündə AFFA Region Liqasında təmsil olunmayacaq.
"Mediasport" xəbər verir ki, bölgənin eyniadlı klubunun liqada iştirakı rəsmiləşməyib.
Öncədən cənubluların yarışda "Lənkəran"la təmsil olunacağı bildirilsə də, şərtlər sona dna dəyişib.
Əvvəlki üç mövsümdə Region Liqasında mübarizə aparmış komandanın rəhbərliyi ilə yeni sponsoru arasında maliyyə problemləri səbəbindən fikir ayrılığı yaşamasına görə bu addımın atıldığı bildirilir.
Qeyd edək ki, yeni mövsüm çempionatda 8 regional federasiyanın 36 şəhər və rayonundan ümumilikdə 73 komanda yarışacaq.
Noyabrda başlanacaq Region Liqası 2027-ci ilin mayında yekunlaşacaq.

