Ohori getdi, Abubakar gəldi
"Kəpəz" daha bir futbolçunun transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, Gəncə klubu Azuma Abubakarı heyətinə qatıb.
“Sarı-göylər” portuqaliyalı hücumçu ilə 1 mövsümlük müqavilə bağlayıblar.
29 yaşlı forvardın son klubu Avstriyada “Lüstenau” olub. Abubakar Portuqaliyanın U-19 milli komandasının formasını geyinib.
Qərblilər "Neftçi"dən icarəyə götürdükləri Ryonosuke Ohori ilə isə vidalaşıblar. Yapon yarımmüdafiəçi Serbiyanın "Radnik" klubuna keçib.


