Emil oynadı, komandası uduzdu - Premyer Liqanı tərk edəcəklər?

Emil oynadı, komandası uduzdu - Premyer Liqanı tərk edəcəklər?

Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Emil Mustafayevin formasını geyindiyi "Çernomores" doğma Odessada "Levıy Bereq"i qəbul edib.

24 yaşlı yarımmüdafiəçi 73 dəqiqə meydanda olub, komandası 0:1 hesabı ilə uduzub.

Emil 53-cü dəqiqədə sarı vərəqə ilə yadda qalıb.

"Çernomores" 16 komandalı liqada 15 xalla 15-ci pillədə qərarlaşıb.