"Xankəndi" Qarabağa böyük futbolu məğlubiyyətlə gətirdi

"Xankəndi" Qarabağa böyük futbolu məğlubiyyətlə gətirdi

Futbol üzrə Azərbaycan 1 Liqasında 8-ci tur start götürüb.

"Mediasport" xəbər verir ki, tur əlamətdar hadisə ilə başlayıb.

Yarışın debütantı "Xankəndi" yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda ilk matçını keçirib.

Röyal Nəcəfovun baş məşqçisi olduğu qarabağlılar "Karvan-Yevlax"a uduzublar.

İddialılardan MOİK-lə "Səbail"in duelində qalib müəyyənləşməyib.

Tura sabah yekun vurulacaq.


Azərbaycan 1-ci Liqası. 8-ci tur


19 noyabr (cümə axşamı)

MOİK – "Səbail" 0:0

Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov

Binə qəsəbə stadionu


"Mingəçevir" – "Baku Sportinq" 1:0

Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)


"Xankəndi" – "Karvan-Yevlax" 0:2

Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev

Xankəndi şəhər stadionu


20 noyabr (cümə)

14:00. "Şahdağ Qusar" – "Gəncəbasar"

Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev

Binə qəsəbə stadionu

14:00. "Şimal" – "Zaqatala"

Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə

Şamaxı OİK stadionu.