Millimiz Beynəlxalq İnkişaf Turnirində Özbəkistanla qarşılaşır
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində ikinci oyunu keçirəcək.
"Mediasport" xəbər verir ki, B qrupunda yer alan komandamız Özbəkistanın müvafiq yaş qrupundan ibarət futbolçuları ilə üz-üzə gələcək.
Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:20-də start götürəcək.
Xatırladaq ki, yığmamız turnirin ilk matçında Rusiya komandasına böyük hesabla (1:7) uduzub.
