Ölkə çempionları müəyyənləşdi

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən turnirin son günündə şəxsi, qoşa və qarışıq-qoşa yarışında qaliblər müəyyənləşib.
Kişilərin fərdi yarışında çempion Onur Quluzadə, qadınların mübarizəsində isə Mərziyyə Nurmətova olub.
Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.
Qarışıq-qoşa yarışda Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına sahib çıxıb.
Turnirin ilk günlərində keçirilən komandaların mübarizəsi kişilərdə “Bakı-1”in, qadınlarda isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnib.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom, medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.