Azərbaycan milli komandaları hazırlıq üçün Çinə yolandılar

Azərbaycanın stolüstü tennis üzrə milli komandaları Çinə yollanıb.
"Mediasport" xəbər verir ki, yığmalarımız Çinin Hebey əyalətinin Zenq Dinq şəhərində təlim-məşq toplanışına qatılacaq.
Toplanışda əvvəlcə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hilal Həsənov, Onur Quluzadə, Nihat Məmmədov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Yağmur Məmmədli, Zemfira Mikayılova və Ləman Abdulhəmidovadan ibarət heyət iştirak edəcək.
Avqustun 3-dən 18-dək baş tutacaq prosesdə komanda baş məşqçisi Mixail Timofeyev və məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə hazırlıq keçəcək.
3-13 avqust tarixlərində isə yeniyetmələr - Cəfər Almədədli, Ələkbər Mirzəliyev, İsgəndər İsgəndərov, Həzrət Kamilov, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Banu İmanverdizadə və Nailə Nəzirova hazırlaşacaqlar.
Onlara məşqçilər Gülnarə İbrahimova, Billurə Eminova və Zakir Cavadov rəhbərlik edəcək.