Təmsilçilərimiz 7 medal qazandı
Azərbaycanın stolüstü tennisçiləri Özbəkistanda keçirilən növbəti beynəlxalq yarışda uğurlu nəticə qazanıblar.
"Mediasport" xəbər verir ki, Andijan şəhərində məşhur stolüstü tennisçi Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib.
13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn istedadlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yalnız finalda uduzan Gülnur Kərimli (U 11) yarışı ikinci, Səidə Quluzadə (U 13) ilə Yağmur Məmmədli (U 15) üçüncü yerdə başa vurub.
Mayın 13-dən 16-dək Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində Onur Quluzadə ikinci, Cəfər Almədədli ilə Mehin Mirzəbalayeva üçüncü yeri tutub.
Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə yarışlara qatılan komandamız 7 mükafat qazanıblar.


