Azərbaycan təmsilçisi Avropa Kubokunda Kipr klubunu üstələdi
Qadın həndbolçulardan ibarət “Kür” komandası bu gün EHF Avropa Kubokunda növbəti matçını keçirib.
"Mediasport" xəbər verir ki, Mingəçevir təmsilçisi doğma meydanda Kiprin “APOEL” klubu ilə qarşılaşıb.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində görüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb - 40:18.
Komandalar arasında cavab oyunu oktyabrın 11-də baş tutacaq.

