"Komandanın oyunu məni tam qane etmədi" - KURBAN BERDIYEV

"Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər. Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi".
"Mediasport" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyüv deyib.
Rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının 9-cu turunun "Karvan-Yevlax"la matçı haqda danışıb, 2:1 hesablı qələbəni şərh edib:
"Komandanın oyunu məni tam qane etmədi. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.
Rəhim Sadıxovun start heyətində meydana çıxması? Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu".