"Cibində 10 manat varsa, restrorana gedə bilməzsən"

 "Cibində 10 manat varsa, restrorana gedə bilməzsən"

"Cibində 10 manat varsa, restrorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Bizim həddəfimiz Premyer Liqada qalmaqdır".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Çxadadze deyib.

Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının 15-ci turunun "Kəpəz"lə oyunu haqda danışıb:

"Kəpəz"i qələbə münasibətilə təbrik edirəm. Oyun haqda nə deyə bilərəm? Belə qırmızı vərəqələri ancaq biz ala bilərik.

Başa düşmürəm ki, necə belə qırmızı vərəqə almaq olar? "Kəpəz"in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı.

Bu gün  pis oynadıq. Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq".

Xatırladaq ki, "Qəbələ" "Kəpəz"lə görüşdə 0:1 hesabı ilə məğlub olub.