Daha bir mümkün rəqib - “Qarabağ” ÇL-ə 2-ci mərhələdən başlasa...

Növbəti mövsün yenidən Azərbaycanı avrokuboklarda təmsil edəcək “Qarabağ” Çempionlar Liqasında daha bir potensial rəqibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Slovakiya çempionluğunu təmin edən "Slovan" Ağdam klubunun ilk təsnifatı keçəcəyi təqdirdə 2-ci raundda mümkün rəqibləri sırasına qoşulub.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin ÇL-ə 1-ci raunddan start verəcəyi gözlənilir. Lakin Azərbaycan birincisinin yarışa ikinci təsnifat mərhələsindən başlamaq ehtimalı da var.
Bunun üçün cari Çempionlar Liqasının yarımfinalçısı "Arsenal" turnirin qalibi olmalıdır. İngiltərə təmsilçisi yarımfinalın ilk matçında PSJ-yə uduzub (0:1).
"Köhlən atlar" yarışa ilk mərhələdən başlasalar, iyulun 8 və ya 9-da meydana çıxacaqlar, cavab qarşılaşması iyulun 15-16-da baş tutacaq.
12-qat Azərbaycan çempionunun ilkin raundda mümkün rəqibləri hələlik “Linfild” (İrlandiya), “Differdanj” (Lüksemburq), “Jalgiris” (Litva), “İberiya” (Gürcüstan), “Levadiya” (Estoniya), “Dinamo” (Belarus, Minsk), TNS (Uels), “Buduçnost” (Şimali Makedoniya) və “Virtus” (San Marino) klublarıdır.