"Qarabağ" “Sozopol Cup 2025” turnirində yarımfinala çıxdı

"Qarabağ" “Sozopol Cup 2025” turnirində yarımfinala çıxdı

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçirilən “Sozopol Cup 2025” turnirində yarımfinala yüksəlib.

"Mediasport" xəbər verir ki, Ağdam klubu qrupdan 10 xalla ikinci kimi çıxıb.

III turda “Etar”a 0:1 hesabı ilə uduzan komandamız növbəti oyunda “Ludoqorets”lə heç-heçə edib – 1:1.

Təmsilçimiz qrup mərhələsinin son görüşündə “Botev”i məğlub edib - 2:0.

Qeyd edək ki, U-13 turnirin ilk iki turunda “Septemvri”yə (1:0) və “Olimpiya”ya qalib gəlmişdi (5:1).