Bu azarkeşlər üçün də “Qarabağ” - “Sabah” oyunu pulsuz olacaq

Bu azarkeşlər üçün də “Qarabağ” - “Sabah” oyunu pulsuz olacaq

Aprelin 3-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Sabah"ı qəbul edəcək “Qarabağ” azarkeşləri üçün daha bir güzəşt hazırlayıb.

"Mediasport" xəbər verir ki, dünən xanım azarkeşlərinin stadiona girişinin pulsuz olacağını açıqlayan Ağdam təmsilçisi azyaşlıları da unutmayıb.

Belə ki, 15 yaşadək uşaqlar da valideynləri ilə birlikdə stadiona sərbəst daxil ola biləcəklər. Bu kateqoriya üçün uşaqların valideynlə gəlməsi şərtdir.

Valideynlər bilet alaraq 15 yaşına qədər uşaqları stadiona pulsuz keçirə biləcəklər.

Biletlər oyun günü stadionun kassalarında satışda olacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.