"Qarabağ" "Zirə" ilə qarşılaşacaq

"Qarabağ" "Zirə" ilə qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə hazırlığı davam etdirən "Qarabağ" “Zirə” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, matç oktyabrın 3-də keçiriləcək.

17:00-da başlanacaq qarşılaşma “Azersun Arena”nın məşq meydançasında reallaşacaq.

Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.