İdmançımızdan Daşkənddə Dünya Kubokunda bürünc medal
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı yarımfinala kimi irəliləyərək bürünc medal qazanıb.
O, final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya uduzub (6:15).
Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb.
Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub.
