"Qarabağ"da çox sayda keyfiyyətli legioner oynayır, diqqətli olmalıyıq"
"Qiymətləndirmələr apardıqdan sonra "Qarabağ"a qarşı heyətlə bağlı qərar verəcəm. Sabahkı oyun "Napoli" üçün UEFA Çempionlar Liqasında vacib və həlledicidir".
"Mediasport" xəbər verir ki, bunu İtaliyann "Napoli" klubunun baş məşqçisi Antonio Konte deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində sabah qəbul edəcəkləri "Qarabağ"la matçdan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Şənbə günü "Atalanta" ilə oyunda qələbə qazandıq. Döyüşməyə hazırıq. Sabah Maradonanın vəfatının ildönümüdür.
Onun Neapol üçün nə ifadə etdiyini hamımız bilirik. Qələbə qazanıb ona həsr etmək gözəl olardı.
“Qarabağ” 7 xal qazanıb. Onlar “Çelsi”ni də məğlub etmək üzrə idilər. Komandada çox sayda keyfiyyətli legioner oynayır.
"Qarabağ"a qarşı diqqətli olmalıyıq. Biz bu matça ciddi yanaşırıq. Yaxşı bilirik ki, UEFA Çempionlar Liqasında asan oyun olmur".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" görüşü sabah gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.
