Millimiz Qazaxıstana məğlub oldu
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
İlk iki qolu millimizin vurduğu görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları 19-cu dəqiqədə Daniil Rəcəbov və 25-ci dəqiqədə Əhəd Hacızadə vurublar.
Komandalar arasında ikinci yoxlama oyunu iyunun 9-da keçiriləcək.


