"Real", PSJ, "Arsenal", "Benfika"nın futbolçuları Bakıya gəlir - SİYAHI

"Real", PSJ, "Arsenal", "Benfika"nın futbolçuları Bakıya gəlir - SİYAHI

Sentyabrın 9-da DÇ-2026-nın seçmə qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq Ukrayna millisinin heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Sergey Rebrov D qrupunda Fransa və Azərbaycan seçmələri ilə qarşılaşmalar üçün düşərgəyə 25 futbolçu cəlb edib.

Komanda sentyabrın 5-də Polşanın Vrotslav şəhərində Fransa futbolçuları ilə görüşdən sonra Bakıya səfər edəcək.

Qapıçılar: Andrey Lunin (“Real”, İspaniya), Anatoli Trubin (“Benfika”, Portuqaliya), Dmitro Rıjnik (“Şaxtyor”);

Müdafiəçilər: İlya Zabarnı (PSJ, Fransa), Aleksandr Svatok (“Ostin”, ABŞ), Valeri Bondar, Mikola Matvienko, Yuxim Konoplya (hamısı “Şaxtyor”), Taras Mixavko, Aleksandr Timçik (hər ikisi “Dinamo”), Vitali Mikolenko (“Everton”, İngiltərə);

Yarımmüdafiəçilər: Aleksandr Zinçenko (“Arsenal”, İngiltərə), Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), İvan Kalyujnı (“Metallist 1925”), Mikola Şaparenko (“Dinamo”), Oleq Oçeretko, Georgi Sudakov, Artyom Bondarenko (hamısı “Şaxtyor”), Aleksey Qutsulyak, Aleksandr Nazarenko (hər ikisi “Polessye”), Viktor Siqankov (“Jirona”, İspaniya), Aleksandr Zubkov (“Trabzonspor”, Türkiyə);

Hücumçular: Roman Yaremçuk (“Olimpiakos”, Yunanıstan), Artyom Dovbik (“Roma”, İtaliya), Vladislav Vanat (“Dinamo”).

Ehtiyat heyət: Georgi Buşan (“Əl-Şabab”, Səudiyyə Ərəbistanı), Boqdan Mixayliçenko (“Polessye”), Yevgeni Çeberko (“Kolumbus Kryu”, ABŞ), Aleksandr Pixalonok, Vladimir Brajko, Nazar Voloşin (hamısı “Dinamo” Kiyev).

Xatırladaq ki, Tofiq Bəhramov stadionunda baş tutacaq Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.