"Sabah"dan növbəti transfer
"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.
"Mediasport" xəbər verir ki, 25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın "Maribor" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Qabonlu futbolçu ilə 3 illik yeni müqavilə imzalanıb.
Mbina bu ilin fevral ayından "bayquşlar"ın formasını geyinir.
O, Masazır təmsilçisinin heyətində 11 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.


