"Qarabağ"ın "Çelsi" ilə matçına 23 minə yaxın bilet satıldı - 6 saata
Noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa satılmış biletlərin sayı açıqlanıb.
Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, bu gün günorta saatlarında satışa çıxarılan biletlərdən artıq 22 min 500-ü alınıb.
"İticket" saytında bilet satışı davam edir.
Görüş saat 21:45-də başlanacaq.
