Azarkeşlərə hücum çəkən Veysəl Rzayevin cəzası açıqlandı

Azarkeşlərə hücum çəkən Veysəl Rzayevin cəzası açıqlandı

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 29-cu turunun "Səbail"lə səfər görüşündə intizamsızlıq edən "Turan Tovuz"un futbolçusu Veysəl Rzayevi cəzalandırıb.

"Mediasport" xəbər verir ki, matç başa çatandan sonra tribunaya qalxaraq azarkeşlərə hücum edən yarımmüdafiəçiyə biri şərti olmaqla 2 oyunluq cəza verilib.

Futbolçunun intizamsızlığına görə Tovuz təmsilçisi 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin olunub.

“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra Gəncə klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Buna görə qonaq komanda 1500 manat ziyana düşüb.

“Araz-Naxçıvan” – “Sumqayıt” matçında isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Sumqayıt təmsilçisi 1000 manat cərimələnib.