"Qəbələ" - "Karvan" oyununun başlanma vaxtı və hakimi açıqlandı

"Qəbələ" - "Karvan" oyununun başlanma vaxtı və hakimi açıqlandı

Azərbaycan 1-ci liqasında 16-cı turun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

"Mediasport" xəbər verir ki, turun mərkəzi qarşılaşması - Qəbələdə keçiriləcək “Qəbələ” - “Karvan” görüşü əsasən Premyer Liqa matçlarında işləyən Fərid Hacıyevə həvalə olunub.


Azərbaycan 1-ci Liqası. 16-cı tur


27 fevral (cümə axşamı)

13:30. “Bakı Sportinq” – “Cəbrayıl”

Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elman Kərimov, Səbuhi Bayramov

Binə qəsəbə stadionu


14:00. “Mingəçevir” – “Difai” 

Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rəsul Babayev

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydanca)


28 fevral (cümə)

14:00. “Qaradağ Lökbatan” – “İmişli” 

Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Qəzənfər  Məmmədov, Niyaz Əhmədov

Lökbatan OİK stadionu


14:00. MOİK – “Zaqatala” 

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev

Zaqatala OİK stadionu, 14:00


15:00. “Qəbələ” – “Karvan”

Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Sənan Bayramzadə

Qəbələ şəhər stadionu