"Qarabağ"ın Çempionlar Liqası matçlarının saatları açıqlandı

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) oyunlarının saatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, komandalar arasında ilk matç iyulun 23-də İrlandiyada baş tutacaq.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.