Bakıda "Zəfər Kuboku" keçirildi
Bakıda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş karate üzrə "Zəfər Kuboku" keçirilib.
"Mediasport" xəbər verir ki, turnirdə müxtəlif yaş və çəki dərəcələri üzrə 300-ə yaxın yeniyetmə və gənc mübarizə aparıb.
Yarışın əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin ölkəmizdə karatenin inkişafının və kütləviliyinin təşviq edilməsi olub.
Tədbir çərçivəsində idmanın inkişafında və gənclərin sağlam, vətənpərvər ruhda yetişdirilməsində xidmətləri ilə fərqlənən bir sıra şəxslər təltif olunublar.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib və mükafatçılara Zəfər Günü münasibətilə xüsusi hazırlanmış medallar, kuboklar və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Karate Federasiyasının rəhbərliyi, "Kyokuşin (kay) SENŞİ karate" üslubunun KWF nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

