İki taekvondoçumuz Avropa birinciliyində medal qazandı
Azərbaycanın iki yeniyetmə taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa birinciliyində uğurlu nəticə əldə edib.
Bu barədə "Mediasport"a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.
29 kq çəki dərəcəsində mübarizə aparan Əsma Abdullazadə və 65 kq-da yarışan Yusif Nağızadə bürünc medal qazanıblar.


