Azərbaycan millisinin futbolçusu Cənubi Koreyada kapitan seçildi
Cənubi Koreyanın “Daejeon” klubu 2026-cı il mövsümü üçün kapitanlarını elan edib.
"Mediasport" xəbər verir ki, lider seçilənlər arasında Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk da yer alıb.
Yığmamızın ukraynalı legioneri vitse-kapitan təyin edilib.
Komandanın əsas kapitanı Jo Min-kyu, digər əvəzediciləri isə Li Son-min və Ha Çanq-ra olacaq.
Xatırladaq ki, Cənubi Koreyda yeni mövsüm fevralın 28-də start götürəcək.
Krivotsyuk 2023-cü ildən “Daejeon”da forma geyinir.
