"Qətiyyən cütün taleyinin həll olunduğunu düşünmürəm"

"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Dünən də demişdim ki, rəqib bu meydanda bizə istənilən an gərginlik yarada bilər. Bu gün bunun şahidi olduq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis İrlandiyada UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn"la qarşılaşması ilk haqda fikirlərini bölüşüb.
O, inamlı qələbəyə (3:0) baxmayaraq, bunu yaddan çıxarıb cavab görüşünə daha ciddi hazırlaşmalı olduqlarını qeyd edib:
"Az sayda azarkeşlərimiz də bizi burada tək buraxmadılar. Onlara təşəkkürümü bildirirəm. Qətiyyən cütün taleyinin həll olunduğunu düşünmürəm. Mən dünən də bildirmişdim ki, rəqib nə etdiyini bilən komandadır. Ona görə biz Bakıdakı oyunda da diqqətli olmalıyıq. Müdafiəçilərimiz bu matçda rəqib hücumçulara oynamağa çox da imkan vermədilər. Bizim ilk oyunumuz idi. Daha yaxşı olacağımıza inanıram".
Bir neçə il əvvəl İrlandiyada "Dandolk"la görüşləri yada salan Q.Qurbanov futbolun hər gün dəyişdiyini diqqətə çatdırıb:
"Biz geriyə baxsaq, gələcəkdə məğlub ola bilərik. Həm bu oyunda, həm də "Dundalk"la matçda komandanın gərgin dəqiqələri oldu. Bu da normaldır. Məncə, hər belə oyunlar bizim üçün əlavə bir təcrübə olur".
Xatırladaq ki, Ağdam klubu iyulun 30-da Bakıda "Şelburn"la cavab matçına çıxacaq.