Millimizin üzvü qol vurdu, komandası qələbə qazandı

Rusiya 1-ci Liqasında 3-cü turun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Sadiq Baqıyevin komandası "SKA-Xabarovsk" "Torpedo"nu məğlub edib - 1:0.
Milli komandamızın üzvünün vurduğu qol ilə komandası 3 xalı aktivinə yazdırıb.
"SKA-Xabarovsk" yarışın turnir cədvəlində 7 xalla üçüncü pillədə qərarlaşıb.