Rövşən Nəcəf böyük uğur münasibətilə "Qarabağ"ı təbrik etdi
AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
"Mediasport" xəbər verir ki, federasiya rəhbərinin adından təbrik paylaşılıb.
Təbrikdə deyilir:
“Azərbaycan futbol tarixində növbəti mühüm uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubunu və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
