"Qarabağ" 1-ci, "Neftçi" 2-ci oldu

"Qarabağ" 1-ci, "Neftçi" 2-ci oldu

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.

"Mediasport" xəbər verir ki, nəticəsi ləğv olunan "İmişli" - "Sumqayıt" matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.

Ən çox seyrçi 28-ci turun "Qarabağ" - "Sabah" görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.

Bu komandaların eyni arenada baş tutan 22-ci turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.

Ən çox izləyici toplayan iki matçın ev sahibi olan "Qarabağ" öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub.

Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.

"Neftçi" tamaşaçı sayında 2-ci yeri tutub - 44 min 693 (orta göstərici - 2793). İlk "üçlüy"ü "Sumqayıt" tamamlayıb - 39 min 560 (orta göstərici - 2473).