İlham Əliyev çempionların mükafatlandırılma mərasimində

İlham Əliyev çempionların mükafatlandırılma mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Bakı Kristal Zalında FİFA U-15 Dünya Kuboku və Festivalının final matçını izləyib.

"Mediasport" xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər.

Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi ilk dünya çempionatı və festivalının qalibi olub.

Dövlətimizin başçısı FİFA prezidenti Canni İnfantino ilə birlikdə qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.