"Sabah" Çempionlar Liqasında "Krasnodar"a məxsus rekordu qırdı
Tarixində ilk dəfə qatıldığı UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan “Sabah” turnirdə daha bir rekorda imza atıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub.
2017-ci ildə təsis edilən klub bunu cəmi 9 ildən sonra bacarmaqla yarışın tarixinə düşüb.
Daha əvvəl rekord Rusiyanın “Krasnodar” klubuna (12 il) məxsus idi.
Qeyd edək ki, "Sabah" pley-offda iki oyunun nəticəsinə görə İsrailin "Hapoel" Beer-Şeva klubuna qalib (6:4) gələrək debüt etdiyi turnirin əsas mərhələsinə yüksəlib.


