"Qarabağ"ın sabiq futbolçusu "Kəpəz"lə 1 illik müqavilə bağladı
Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Gəncə klubu Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib.
26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Son olaraq “Şamaxı”da çıxış etmiş cinah oyunçusu ötən mövsüm Premyer Liqada 16 oyun keçirib.
O, karyerası ərzində "Qarabağ", "Zirə", "Keşlə" və "Səbail" klublarında forma geyinib.


