Gəncə klubunun prezidenti 8, futbolçusu 6 oyunluq cəzalandırıldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda AFFA Region Liqası komandalarının cəzaları açıqlanıb:
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Xan Çinar FK – Gənclər Birliyi Bakı PFK oyununda Gənclər Birliyi Bakı PFK komandasının 67 nömrəli futbolçusu Tamerlan Zeynalov qarşılaşmanın 78-ci dəqiqəsində oyunun hakimlərinə qarşı nəlayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Əlincə FK – Sirab FK oyununda Əlincə FK komandasının 13 nömrəli futbolçusu Nihad Müslümov qarşılaşmanın 85-ci dəqiqəsində oyunun hakimlərinə qarşı nəlayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Gənclik (Şəki) FK – Balakən FK oyununda Balakən FK komandasının 44 nömrəli futbolçusu Ramazan Havalayev qarşılaşmanın 55-ci dəqiqəsində oyunun hakimlərinə qarşı nəlayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Veteran Tankçılar Gəncə FK – Göyəzən PFK oyununda Veteran Tankçılar Gəncə FK komandasının 6 nömrəli futbolçusu Sahib Cümşüdov qarşılaşmanın 42-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldıqdan sonra rəqib oyunçunu vuraraq təhqir etdiyi üçün növbəti 7 (yeddi) oyuna buraxılmasın (maddə 9.3, 17.5, 45.1, 52.3);
22.11.2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Veteran Tankçılar Gəncə FK – Göyəzən PFK oyununda Veteran Tankçılar Gəncə FK komandasının prezidenti Hacıbaba Əzimov oyun bitdikdən sonra hakimlərin otağına daxil olaraq onları təhqir etdiyi üçün növbəti 8 (səkkiz) oyuna buraxılmasın (maddə 9.3, 52.4, 87.1);

