Yığmamız Minskdə İnkişaf Kubokunda 3-cülük oyununa çıxır

Yığmamız Minskdə İnkişaf Kubokunda 3-cülük oyununa çıxır

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.

"Mediasport" xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Özbəkistan yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtilə saat 13:30-da başlanacaq.

Xatırladaq ki, B qrupunu 6 xalla ikinci pillədə başa vuran millimiz Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstan (2:1) seçmələrinə qalib gəlib.