"Bir daha sübut etdik ki, “Benfika” üzərindəki qələbə təsadüfi deyildi"

"Bir daha sübut etdik ki, “Benfika” üzərindəki qələbə təsadüfi deyildi"

“Bu möhtəşəm qələbəni əziz xalqımıza, şəhidlərimizə və qazilərimizə həsr edirəm. Bu, əsl zəfərdir. “Artıq inanıram ki, bu gündən etibarən bütün dünya “Qarabağ”dan danışacaq".

"Mediasport" xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri komandasının Çempionlar Liqasının əsas mərhələsində "Kopenhagen" üzərində qələbəsini (2:0) şərh edib, turnir cədvəlində "Liverpul"u qabaqlamalarını xüsusi vurğulayıb:

"Bu oyun bir daha sübut etdi ki, “Benfika” üzərindəki qələbə təsadüfi deyildi. “Qarabağ” öz oyun üslubu ilə Avropa klubları arasında seçilən komanda olduğunu göstərdi və artıq özünü sübut edib. İnşallah, bundan sonrakı görüşlərdə də “Qarabağ” Azərbaycanın adını zirvələrə ucaldacaq. Mənim prezident kimi gözləntim odur ki, futbolçular hər oyuna canlarını qoyaraq çıxsınlar. Əlimizdən gələni edək və adımızı ən yüksək zirvələrə qaldıraq.

Bu, bir möcüzədir. Hazırda turnir cədvəlində 4-cü yerdəyik və “Liverpul”dan öndəyik. Bu, həqiqətən tarixi bir andır. Hesab edirəm ki, bir qələbə və bir heç-heçə də olsa, “Qarabağ” ilk 24-lüyə daxil olub, bəlkə də növbəti mərhələyə yüksələ bilər”.