Madrid "Atletiko"sunun keçmiş futbolçusu "Turan Tovuz"da

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, Kurban Berdıyevin komandası heyətini Roberto Olabe ilə gücləndirib.
İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Ekstremadura”, “İbiza” klublarının formasını geyinib.
29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada - “Tondela”nın heyətində çıxış edib və 17 oyun keçirib.