"Qarabağ"ın 8 futbolçusu Azərbaycan millisinə dəvət aldı

"Qarabağ"ın 8 futbolçusu Azərbaycan millisinə dəvət aldı

"Qarabağ" Futbol Akademiyasının 8 üzvü 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıb.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, yeniyetmə futbolçular yığmamızın təlim-məşq toplanışında iştirak edəcəklər.

Düşərgəyə çağırılanlar arasında "atlılar"ın əsas komandasında da çıxış edən Hikmət Cəbrayılzadə, həmçinin Şahismayıl Cəfərov, Əli Bəşirov, Əliəkbər Rzazadə, Eltun Babazadə, Uğur Qurbanlı, Bilal Hacıyev və Abduləziz Cabbarlı var.

Azərbaycan millisinin hazırlıq prosesi 13-26 aprel tarixlərində Qəbələdə baş tutacaq.

Toplanış 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatına hazırlığın bir hissəsidir.