Alkərəmova Dünya Kubokunda Azərbaycan rekordunu yenilədi

 Alkərəmova Dünya Kubokunda Azərbaycan rekordunu yenilədi

Azərbaycan üzgüçüləri Bakıda start götürən Dünya Kubokuna uğurla başlayıblar.

"Mediasport" xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə keçirilən yarışın ilk günündə Azərbaycan təmsilçiləri 9 növdə mübarizə aparıblar.

Fatimə Alkərəmova 100 metr məsafəyə qarışıq üsulla yarışda 1,05,39 nəticə göstərərək Azərbaycan rekordunu yeniləyib.

Abdurrəhman Rüstəmov 100 metr məsafəyə kəpənək üsulu ilə yarışda 53,2 nəticə ilə finala vəsiqə qazanıb.

Həmçinin final sessiyasında 200 metr məsafəyə brass üsulu ilə yarışda Anastasiya Boborıkina, 200 metr məsafəyə kəpənək üsulu ilə yarışda Anastasiya Qnusina, Mehri Abdurəhmanlı və Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsulla yarışda Oqtay Hüseynov iştirak edəcək.