UEFA-nın rəsmi saytında "Turan Tovuz"la bağlı qərar dərc edildi
Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılması xəbəri təsdiqlənib.
"Mediasport" xəbər verir ki, qitənin ali futbol qurumu da bu barədə qərarı rəsmi saytı vasitəsilə ictimaiyyətə çatdırıb:
"Azərbaycan klubu 2026/2027 UEFA Konfrans Liqasında iştirak etmək hüququndan məhrum edilib. 2 iyun 2026-cı il tarixində UEFA Apelyasiya Orqanının sədri aşağıdakı qərarı qəbul edib:
Qərar: 2026/2027 UEFA Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi ilə tələb olunan qəbul meyarını yerinə yetirmədiyinə, yəni milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyinə görə "Turan Tovuz" Peşəkar Futbol Klubu 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında iştirak etmək hüququndan məhrum edilib".
Qərb təmsilçisi hüquqi addımların atılması məqsədilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini açıqlayıb.
Həmin qurumun qərarından asılı olaraq, Tovuz təmsilçisinin Konfrans Liqasında iştirak edib-etməyəcəyi dəqiqləşəcək.


