YEKUN QƏRAR verildi: "Neftçi" - "Qarabağ" oyunu təxirə salındı

YEKUN QƏRAR verildi: "Neftçi" - "Qarabağ" oyunu təxirə salındı

Fevralın 21-də Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilməli olan "Neftçi" - "Qarabağ" matçı təxirə salınıb.

Bu barədə "Mediasport" Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında görüş əvvəldən qeyd olunan tarixdə baş tutmayacaq.