"Qarabağ" ÇL-də pley-offa vəsiqə qazansa, oyunu təxirə salınacaq

"Qarabağ" ÇL-də pley-offa vəsiqə qazansa, oyunu təxirə salınacaq

Azərbaycan Premyer Liqasında 1-ci turun "Sabah" - "Qarabağ" oyunu təxirə salınacaq.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), "Sabah" - "Qarabağ" oyunu təxirə salınacaq.

Görüşün avqustun 17-də keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası pley-offa yüksəlsə, “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan) cütünün qalibi ilə ilk oyununu avqustun 19 və ya 20-də keçirməlidir.