Umarali "Sabah"dan ayrılır?
"Sabah" daha bir legioneri ilə vidalaşa bilər.
"Mediasport" xəbər verir ki, Masazır klubunun yarımmüdafiəçisi Umarali Rahmonaliyevlə yaxından maraqlanan klublar var.
Özbəkistan millisinin üzvünü transfer etmək istəyən əsas klub Fransadan "Lans"dır.
Liqa 1 klubu asiyalıya görə "bayquşlar"a təklif göndərməyə hazırlaşır.
Xatırladaq ki, Rahmonaliyevin transfer dəyəri 1,2 milyon avro qiymətləndirilir.
O, "Sabah"a 2025-ci ilin yanvarında Rusiyanın "Rubin" klubundan gətirilib.


