Azərbaycandan ayrılan futbolçu Cənubi Koreyada oynayacaq

“Araz-Naxçıvan”dan ayrılan Karlos Jatobanın yeni komandası müəyyənləşib.
"Mediasport" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını Cənubi Koreyada davam etdirəcək.
26 yaşlı "sambaçı" 1-ci Liqa təmsilçisi “Daequ” ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Jatoba Naxçıvan klubunda ötən mövsüm forma geyinib.