Gürcüstanda 4 medal qazandıq

Gürcüstanda 4 medal qazandıq

Azərbaycan idmançıları Gürcüstanda keçirilən kayak və kanoe üzrə beynəlxalq reqatada uğurla çıxış ediblər.

Bu barədə "Mediasport"a Azərbaycan Su İdmanı Federasiyasından məlumat verilib.

Mtsxeta şəhərində təşkil edilən yarışda təmsilçilərimiz 4 medal qazanıblar.

Kanoeçilər Rüstəm Əsgərov və Fəxri Sadıqlı ikinəfərlik qayıqda 200 metr məsafədə bürünc mükafata yiyələniblər.

Kayak növündə Yunus Əhmədov təknəfərlik qayıqda, eləcə də gürcüstanlı idmançı ilə birgə ikinəfərlik qayıqda 200 metr məsafədə gümüş medala layiq görülüb.

Eyni kateqoriyada, müxtəlif yaş qrupları üzrə Sənan Cəfərzadə-Tahir Mövsümov cütü də ikinci olub.