"Qarabağ" dəstəksiz qalmayacaq - İspaniyaya SƏFƏR PROQRAMI

"Qarabağ" dəstəksiz qalmayacaq - İspaniyaya SƏFƏR PROQRAMI

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində "Atletik"in qonağı olacaq "Qarabağ" İspaniyada dəstəksiz qalmayacaq.

"Mediasport" xəbər verir ki, Bilbao təmsilçisi bu gün yola düşəcək komandaya tribunada 600 nəfərlik yer ayırıb.

Klubdan verilən məlumata görə, biletlərdən artıq 400-ü Azərbaycan çempionunun fanatları tərəfindən alınıb.

Xatırladaq ki, oktyabrın 22-də "San Mames" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.