"Üzücü məğlubiyyət oldu, amma heç nə bitməyib" - Ayxan Abbasov

"Üzücü məğlubiyyət oldu, amma heç nə bitməyib" - Ayxan Abbasov

"Uşaqlar yaxşı mübarizə apardılar. Sonda konsentrasiya çatmadı. Bu da yorğunluqdan irəli gəlirdi. Üzücü məğlubiyyət oldu".

"Mediasport" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 5-ci turunun "Zirə" ilə səfər matçından sonra fikirlərini bölüşüb:

"Rəqibin gücü məlum idi. Evdə daha yaxşı oynayırlar. "Zirə" iddialı komandadır. Qısa vaxtda iki oyun oynadıq. "Karvan-Yevlax"la matç da çətin keçmişdi. Andrey Tirkoveanunun zədələnməsi işimizi daha da çətinləşdirdi.

Son dəqiqələrdə 2 qol buraxdıq. Daha inamlı oynasaydıq və ya ondan əvvəlki epizodu qola çevirə bilsəydik, bəlkə də qalib gələ bilərdik. Amma heç nə bitməyib. Mübarizə davam edir. Belə oyunlar çox olacaq. Ən çox da gənc futbolçularımız möhkəm olmalıdır. Növbəti matça hazırlaşacağıq".

Xatırladaq ki, Şirvan təmsilçisi "qartallar"a 1:2 hesabı ilə məğlub olub.